Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi


Digərləri 12 Noy 2019 16:41:00 252 0

Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi

2020/2021-ci tədris ili üçün keçiriləcək "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" aləti üzrə qabiliyyət imtahanlarının "ixtisas", "musiqi nəzəriyyəsi və solfecio" fənləri üzrə keçirilməsi qərara alınıb.

Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.