Ramin Quluzadə Lənkəranda, birinci müavini Astarada vətəndaşları qəbul edəcək


Digərləri 12 Noy 2019 15:22:00 263 0

Ramin Quluzadə Lənkəranda, birinci müavini Astarada vətəndaşları qəbul edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Lənkəranda, nazirin birinci müavini Astarada vətəndaşları qəbul edəcək.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Lənkəranda, nazirin birinci müavini Astarada vətəndaşları qəbul edəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin noyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 15 noyabr 2019-cu il tarixində saat 12:00-da Lənkəran şəhərində Lənkəran və Lerik rayonunun sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Astarada rayon sakinlərini qəbul edəcək. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.