Ərdoğan: “Nə Rusiya, nə də ABŞ terrorçuları Suriyadan çıxara bilib”


Dünya 12 Noy 2019 13:48:00 255 0

Ərdoğan: “Nə Rusiya, nə də ABŞ terrorçuları Suriyadan çıxara bilib”

Terror təşkilatları Suriyanın şimalından çəkilməyib, terrorçular hələ də bölgədədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında bildirib.  

Onun sözlərinə görə, müəyyən edilmiş müddət ərzində nə Rusiya, nə də ABŞ terror təşkilatlarını Suriyanın şimalından çıxara bilib: "Bunu ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyik. ABŞ-dan qayıtdıqdan sonra isə Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışığımız olacaq".