Komitə sədri: "Bu il vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib"


Digərləri 12 Noy 2019 12:44:34 258 0

Komitə sədri: "Bu il vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib"

Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə də "kölgə" istisadiyyatı ilə mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib.

Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib: "Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb".