Aliment borcuna görə azərbaycanlıları aldatdı


Digərləri 12 Noy 2019 12:54:00 275 0

Aliment borcuna görə azərbaycanlıları aldatdı

Rusiyanın Həştərxan vilayətində əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı şəxs iki azərbaycanlı və bir özbəkə qeydiyyat vədi edərək, onlardan ümumilikdə 120 min rubl (təxminən 3200 AZN - red.) alıb. 

Ancaq rusiyalı vədini yerinə yetirməyib və buna görə də əcnəbilər polisə müraciət edib. 

Polis tərəfindən saxlanılan şəxs aliment borcuna görə belə addım atdığını deyib.