Dünya Cüdosunun əfsanələrindən biri Bakıya gəlib


Digərləri 12 Noy 2019 10:05:00 230 0

Dünya Cüdosunun əfsanələrindən biri Bakıya gəlib

Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib

Bakı. Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. Məşhur idmançı "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub. Trend-in məlumatına görə, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq. Qeyd edək ki, Oleq Vasilievich Kretsul peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir. O, 21 fevral 1975-ci ildə Kişinyov şəhərində anadan olub. 10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb. Gəncliyində Beynəlxalq və Ümumittifaq Cüdo və Sambo Turnirlərinin dəfələrlə qalibi olmuşdur. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır. 1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir.