26 nəfər "Bulbul" siklonunun qurbanı oldu


Dünya 12 Noy 2019 09:15:00 243 0

26 nəfər "Bulbul" siklonunun qurbanı oldu

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, insanların ölümünün əsas səbəbi güclü küləyin aşırdığı ağaclar olub. İnsanların bir hissəsi batıb və ya evlərinin uçması nəticəsində ölüblər.

Daha əvvəl "bdnews24" internet-nəşri 13 nəfərin öldüyünü bildirirdi.

Bundan əlavə, 51 balıqçının itkin düşdüyü bildirilir. Məlumata əsasən, onlar xəbərdarlığa baxmayaraq dənizə çıxıblar və geri qayıdmayıblar.