AYİB Azərbaycanda ümumi daxili məhsulun artımını proqnozlaşdırır


Digərləri 12 Noy 2019 08:00:00 246 0

AYİB Azərbaycanda ümumi daxili məhsulun artımını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ilin yekunlarına əsasən Azərbaycanda ümumi daxili məhsulun 2,8 artacağını gözləyir

Bakı. Eldar Canaşvili - Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ilin yekunlarına əsasən Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,8 artacağını gözləyir. Trend bu barədə bankın hesabatına istinadən məlumat verir. Hesabatda qeyd olunur ki, 2020-ci ildə ölkə ÜDM-i 2,4 faiz artacaq. Hesabata əsasən, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə başlamış bərpası 2019-cu ildə də davam edir. Bu ilin ilk 8 ayı ərzində ÜDM illik müqayisədə 1,4 faizdən 2,4 faizədək yüksəlib. Buna qeyri-neft sektorunun hesabat dövründə 1,9 faizdən 3 faizədək artması kömək edib.