Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub


Digərləri 12 Noy 2019 07:15:40 189 0

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub

Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub

Bakı. Banqladeşdə 26 nəfər "Bulbul" siklonunun qurbanı olub. Trend-in "Daily Star" qəzetinə istinadən verdiyi məlumata görə, insanların ölümünün əsas səbəbi güclü küləyin aşırdığı ağaclar olub. İnsanların bir hissəsi batıb və ya evlərinin uçması nəticəsində ölüblər. Daha əvvəl "bdnews24" internet-nəşri 13 nəfərin öldüyünü bildirirdi. Bundan əlavə, 51 balıqçının itkin düşdüyü bildirilir. Məlumata əsasən, onlar xəbərdarlığa baxmayaraq dənizə çıxıblar və geri qayıdmayıblar. (adsgarden = window.adsgarden || []).push({}); Həmçinin qeyd edilir ki, siklon nəticəsində Banqladeşin 13 cənub rayonunda 100 minə yaxın evə ziyan dəyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin