"İnstagram" yeni funksiyasını sınaqdan keçirəcək


Digərləri 11 Noy 2019 23:15:00 281 0

"İnstagram" yeni funksiyasını sınaqdan keçirəcək

Gələn həftə "İnstagram" ABŞ-da yeni funksiyasını sınaqdan keçirəcək. Bu funksiya postların altındakı "layk" sayını gizlədir.

Son.az xəbər verir ki, bu barədə sosial şəbəkənin baş direktoru Adam Mosseri WIRED25 kondransında bildirib.

Əvvəlcə bu funksiya məhdud sayda şəxslər üçün nəzərdə tutulacaq. Əvvəl bu funksiya Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, İrlandiya, İtaliya və Braziliyada sınaqdan çıxmışdı.  

(adsgarden = window.adsgarden || []).push({});