Jerar Depardye: Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir FOTO


Digərləri 11 Noy 2019 22:35:00 243 0

Jerar Depardye: Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir  FOTO

Film çəkilişləri ilə bağlı Özbəkistanda olan məşhur fransız aktyoru Jerar Depardye Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzinə (İSM) gedib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İSM-də aktyor Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimovla, mərkəzin direktoru Şoazim Minovarovla və "Özbəkkino" Agentliyinin direktoru Firdavs Abduxalikovla görüşüb.

J.Depardye onlarla görüşündə deyib ki, Özbəkistanda özündə humanist ideyalar daşıyan müqəddəs İslam dininə hörmətlə yanaşılır, bu dini zorakılıqla, qan tökməklə bir sıraya qoyanlar pislənilir. Bu gün Özbəkistan müsəlman aləmi üçün humanist inkişaf modelinin bünövrəsini qoyur.

Aktyor qeyd edib ki, Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir. O, özbək xalqının qonaqpərvərliyinə və zəngin tarixi-mədəni irsinə valeh olduğunu söyləyib. Deyib ki, Özbəkistanın nadir coğrafi ərazidə, Orta Asiyanın mərkəzində yerləşməsi burada bir çox mədəniyyətlərin qovuşmasına səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});