Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib


Dünya 11 Noy 2019 21:59:00 294 0

Almaniyada 250 kiloqramlıq bomba zərərsizləşdirilib

Almaniyanın Berlin şəhərində İkinci Dünya müharibəsindən qalan 250 kiloqramlıq bomba zərərsizləşdirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bomba ötən həftə Hellersdorf rayonunda aşkar edilib.

Bildirilir ki, bombanın zərərsizləşdirilməsi üçün 13 min insan təxliyə edilib.