Qoturu müalicə edən XINA


Digərləri 11 Noy 2019 21:45:00 495 0

Qoturu müalicə edən XINA

İlk dəfə Şimali Afrikada becərilməyə başlanılan xına sonradan Hindistan və Avropaya gətirilib. Ərəblər bu qırmızı-sarı boyanı artıq bir neçə əsrdir ki, nəinki saçların boyanması, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, xına uzun müddət bəzək vasitəsi olmaqla yanaşı, həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Tədqiqatlar zamanı bu bitkinin sarı-qırmızı piqmentinin çox güclü bakterisid təsirə malik olduğu aşkarlanıb. Dərini bakteriya və göbələklərdən mühafizə edən xına sızanaq və civzələri yox edir, başağrısı və hərarəti aradan qaldırır. Saçların dibini möhkəmləndirərək, saç tökülməsinin qarşısını alır. 

- Xına müxtəlif saç və baş dərisi problemlərində istifadə olunur. Daim istifadə olunduqda xına kəpəkdən azad edir, saçları daha canlı, möhkəm, parlaq və sağlam edir. Xına saçların tökülməsini azaldır, saçları bərpa edir. Rəngsiz xına baş dərisinin iltihabları, qıcıqlanması, saçların tökülməsi zamanı istifadə olunur. Quru saçlar və quru baş dərisi zamanı xınanı su və gənəgərçək yağı ilə (yarıbayarı), yağlı saçlar və yağlı baş dərisi zamanı su ilə yaxşı qarışdırılır (xama kimi alınmalıdır). Xınanı saçlara çəkin, əvvəl plyonka, sonra isə dəsmalla bükün və 2-3 saat ərzində saxlayın. Sonra isə yuyun.

Rəngsiz xına adətən heç bir allergik reaksiyalara səbəb olmur və istənilən saçlar və baş dərisi üçün istifadə oluna bilər.

- Rəngsiz xına müxtəlif kiçik yaralar, sıyrıntılar, dabanlarda çatlar, diatez, ekzema, dermatit və s. dəri xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün xına isti su ilə qarışdırılır (xama kimi alınmalıdır), pambıq parçaya çəkilir və dərinin zədələnmiş hissəslərinə qoyulur.

- Xına (həm rəngli, həm rəngsiz) baş ağrıları zamanı da çox yaxşı kömək edir. Xınanı suda həll edin və saçlara və baş dərisinə çəkib plyonka və dəsmalla bağlayın və uzanın. 30 dəqiqədən sonra başınızı yuyun.

- Büzücü və iltihabəleyhinə təsirə malik olan xına müxtəlif ağız boşluğu və damaqlar iltihabları zamanı istifadə olunur - 1 çay qaşığı xına 1 stəkan isti suda həll olunur, 1/2 saatdan sonra yaxşı süzülür və qarqara kimi istifadə olunur.

- Xına göbələk infeksiyası ilə mübarizə aparır. Ayaqlarınızda göbələk varsa, xınanı suda həll edib ayaqlara çəkin. Pis ayaq qoxusu zamanı da xına istifadə olunur - pis qoxuya səbəb olan mikrobları, göbələkləri öldürür, dərini qurudur.

- Bel, oynaqlar ağrıları zamanı xınanı su və zeytun yağı ilə (yarıbayarı) qarışdırın (qatı xama kimi alınmalıdır), 10 dəqiqə saxlayın, pambıq əskiyə çəkin və ağrıyan hissəyə qoyub 30 dəqiqədən sonra götürün. 

(adsgarden = window.adsgarden || []).push({});