Avrasiyanın "divi" oyandı


Dünya 11 Noy 2019 20:24:00 273 0

Avrasiyanın "divi" oyandı

Kamçatkada Avrasiyanın fəaliyyətdə olan ən hündür Klyuçevski vulkanında zirvə püskürməsi başlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

"Noyabrın 11-nə keçən gecə 3 illik səssizlikdən sonra Klyuçevski kraterində qaynar materialın axıntısı müşahidə olunub. Demək olar ki, zirvə püskürməsi başlayıb", - Klyuçevski vulkan stansiyasının rəhbəri Yuri Demyançuk deyib.

Onun sözlərinə görə, son aylarda mütəxəssislər ara-sıra kül püskürmələri və vulkanik titrəyişləri qeydə alırdlılar.

"İnfraqırmızı diapazonda kraterin üzərində zəif işıq sezilirdi, yalnız noyabrın 11-nə keçən gecə işıq optik diapazona keçdi, bu isə təzə lavanın çıxması deməkdir", - Y.Demyançuk bildirib. O izah edib ki, krater dərin olduğundan lava hələ onun qırağına çatmayıb.

(adsgarden = window.adsgarden || []).push({});