Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb


Digərləri 11 Noy 2019 15:17:19 295 0

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

Masallı rayonunun Ağakişibəyli kənd sakini Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb

Bakı. Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini R.Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin