Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir


Dünya 11 Noy 2019 11:59:00 255 0

Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir

Ermənistanda bu ilin ilk on ayı üçün aparılan hesablamalara görə, ölkədən miqrasiya edənlərin sayının artdığı məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin rəsmi "Facebook" səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən bu barədə statistik məlumatlar paylaşılıb.

Statistikaya görə, ölkədən əhalinin köçü davam edir, lakin bu il azalma müşahidə olunub. Yəni 2018-ci ildə sentyabr ayına kimi ölkəni 15 695 nədər tərk etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu rəqəm 9857 nəfər olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının beş milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. Hazırda ölkə əhalisi 2,9 milyondur.

İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmırr, əksinə dayanmadan artır.