Toyuq əti yedi, komaya düşdü, iflic oldu


Dünya 11 Noy 2019 11:24:00 243 0

Toyuq əti yedi, komaya düşdü, iflic oldu

İngiltərənin Brayton şəhərinin sakini pis hazırlanmış toyuq əti yeyib və iflic olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı Riçard Cekson toyuq əti yedikdən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib. 

Xəstəxanaya gətirilən zaman Cekson huşsuz vəziyyətdə olub. Reanimasiyaya yerləşdirildikdə isə o, komaya düşüb. 

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənmə bədənin nadir reaksiyasına səbəb olub, onun immun sistemi onurğasını zədələyib və bu səbəbdən Ceksonun aşağı ətrafları iflic olub. 

(adsgarden = window.adsgarden || []).push({});