"Lal" orqanın səsküylü problemləri


Digərləri 11 Noy 2019 10:20:00 215 0

"Lal" orqanın səsküylü problemləri

Qaraciyər qarın boşluğunda böyük hissəni əhatə edən ən böyük daxili orqandır. Qaraciyərin milyardlarla hüceyrəsi daimi olaraq orqanizmin daxili mühitinin təmizliyini və sabitliyini qoruyub saxlamaq üçün bir çox funksiyaları yerinə yetirir. Bu funksiyalardan ən vacibi dezintoksikasiyadır. İmmun sistemin işi, orqanizmin xəstəlik və infeksiyalara qarşı dözümlülüyü qaraciyərdən asılıdır. Bizim cavanlığımız və gözəlliyimiz qaraciyərin işi ilə birbaşa əlaqəlidir.

Qaraciyərin əsas funksiyaları. Qaraciyərin əsas vəzifəsi - zəhərli, digər orqanlar üçün təhlükəli olan maddələrin qan axınına buraxılmasının qarşısını almaqdır. Gün ərzində qan qaraciyərdən 300-400 dəfə filtr olunur. Hər gün qaraciyərimiz zərərli maddələrlə mübarizə aparır. Qaraciyər etil spirti, dərman maddələri, qida rəngləyiciləri, konservantlar, mikrob toksinləri, viruslar, maşın tüstüsü və ağır metallar kimi maddələrlə mübarizə aparmalı olur.

Ətraf mühit, siqaret çəkmə, alkoqollu içkilər, qidalanma, dərmanların qəbulu qaraciyər xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir.

Qaraciyər xəstəliklərinin əsas simptomları. Biz tez-tez eşidirik: "Mənim qaraciyərim sağlamdır, çünki ağrımır." Qaraciyər həqiqətən ağrımır. Qaraciyərin daxilində sinir ucları olmadığından qaraciyər xəstələndiyi zaman biz ağrını hiss etmirik. Əgər qaraciyər boyüyübsə, biz sadəcə ağrı və diskomfort hiss edirik.

(adsgarden = window.adsgarden || []).push({});