Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək


Digərləri 11 Noy 2019 09:41:00 299 0

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək

Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.

Bu barədə Eologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a günün proqnozu ilə bağlı verilən məlumatda deyilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 18-22° isti, Bakıda 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun aranda 18-23° isti, dağlarda 13-18° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun 17-22° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ:Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun 13-18° isti olacağı bildirilir.