Fanatı Madonnanı məhkəməyə verdi


Digərləri 11 Noy 2019 09:20:00 260 0

Fanatı Madonnanı məhkəməyə verdi

Dünyaca məşhur müğənni Madonna məhkəməyə verilib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin Nate Hollander adlı pərəstişkarı ondan şikayətçi olub.

Belə ki, konsertin vaxtının xəbər verilmədən 2 saat ertələnməsi səbəbilə Hollander bileti geri qaytarmaq istəyib. Əlində 1024 dollarlıq 3 biletin olduğunu deyən gənc pulunu geri istəsə də, onu ala bilməyib. Nəticədə o, məhkəməyə müraciət edib. Bununla da hirsi soyumayan Hollander, vaxtın dəyişdirilməsindən narazı olan digər pərəstişkarla əlaqə saxlayaraq, onları şikayətçi olmağa çağırıb.

(adsgarden = window.adsgarden || []).push({});