Boliviya prezidenti Evo Morales istefa etdiyini açıqlayıb


Dünya 11 Noy 2019 07:55:00 253 0

Boliviya prezidenti Evo Morales istefa etdiyini açıqlayıb

Boliviya prezidenti Evo Morales istefa etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Pagina 7" qəzeti bildirib.

Məlumata əsasən, keçmiş dövlət başçısının təyyarəsi Argentina ərazisində uçuş planını istəyib. Təyyarə El-Alto beynəlxalq hava limanından uçub.