Evdəki bu əşyalar xərçəngə səbəb olur


Digərləri 11 Noy 2019 04:30:00 321 0

Evdəki bu əşyalar xərçəngə səbəb olur

Evdə nə qədər təmizlik aparmağımızdan asılı olmayaraq, bakteriyalar bəzən fərqli yerlərdə qarşımıza çıxır.

Son.az bildirir ki, gözlənilməz yerlərdə toplaşan bu bakteriyalar sağlamlığımızı təhdid edir. Bəs, xərçəngə səbəb olan bu bakteriyalar evimizin əsasən hansı hissələrindədir?

Qab yuyan süngər

Bütün günü təmizləyici vasitələr ilə köpüklədiyimiz süngərin milyonlarla bakteriya daşıyacağını düşünməmiş ola bilərik, amma təəssüf ki, bu həqiqət deyil. Tədqiqatlar göstərir ki, bir qab süngərinin bir kvadrat santimetrində 50 min bakteriya yaşayır. Buna görə bu süngərləri həftədə bir dəfə dəyişdirməli və ya hər gün ağartma ilə islatmalısan.

Su kranları

Hər gün təmizlənməsi üçün su tökdüyümüz bir bölgənin təmiz ola bilməyəcəyi təsəvvür edilmir. Ancaq alimlər bir mətbəx kranının hər santimetrində 6 min bakteriya yaşadığını söyləyir. Eyni şəkildə vanna otağı kranları bu şəkildə minlərlə bakteriya qəbul edir.

(adsgarden = window.adsgarden || []).push({});