Azərbaycan Kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vurulub


Digərləri 10 Noy 2019 21:08:40 258 0

Azərbaycan Kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vurulub

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb

Bakı. 9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb. Trend-in Ağır Atletika Federasiyasına istiinadən verdiyi məlumata əsasən, son olaraq körpücük üzərinə ağır çəkili atletlər çıxıblar. 96, 102, 109 və +109 kq çəki dərəcələrində müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. 96 kq N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam 1. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə-Aviator 95.7 143 172 315 2. Qasımzadə Ümüd 2001 Cəlilabad UGİM 89.4 115 130 245 102 kq