Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək


Digərləri 10 Noy 2019 21:00:00 287 0

Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək

Selfi çəkməyən insan varmı? Bu, ən məşhur foto çəkmə üsuludur. Lakin bilməliyik ki, selfi çəkmək psixoloji pozğunluğa yol açır.

Son.az xəbər verir ki, "Selfitis" adlandırılan bu xəstəlik zarafat kimi meydana çıxıb, sonar Amerika Psixiatrik Assosiasiyası və bir sıra digər səlahiyyətli qurum bunu ciddi araşdırmağa başlayıb.

Selfi asılılığı 3 qrupa bölünür və "selfitist davranış şkalası"na uyğun incələnir.

Sərhəd mərhələsi: gündə azı 3 selfi çəkən, lakin sosial mediada paylaşmayanlar.

Kəskin: gündə 3 selfi çəkib sosial mediaya yerləşdirənlər.

Xroniki: gündə azı 6 selfisini paylaşanlar.

Selfi çəkməyin 6 psixoloji səbəbi var: diqqəti çəkmək istəyi, özünü daha yaxşı hiss etmək, sosial mediada özünü bəyəndirmək, özünə inam qazanmaq, bir qrupa uyğunlaşma arzusu və ətrafın diqqətini üzərinə çəkmək.

(adsgarden = window.adsgarden || []).push({});