Sümükləri gündəngünə zəiflədən dörd VƏRDİŞ


Digərləri 10 Noy 2019 19:29:00 243 0

Sümükləri gündəngünə zəiflədən dörd VƏRDİŞ

Türkiyəli travmatoloq-ortoped İbrahim Rızvanoğlu sümük sağlamlığı haqqında vacib məlumatları açıqlayıb.

Son.az xəbər verir ki, mütəxəssis uşaqlıqda qəbul edilən qidaların sümüyün möhkəmliyində əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Xüsusilə kalsium, D və K vitamini, fosfor və maqneziumla zəngin qidalar sümük inkişafı və sağlamlığı qorumaq üçün vacibdir. Süd və süd məhsullarından başqa (qatıq, pendir, kefir və s.) balıq, qaraciyər, ispanaq, qırmızı bibər, brokoli, pomidor, banan, portağal çox faydalıdır.

Kefir, qatıq, pendir və süd sümük inkişafı üçün zəruri olan qidalandırıcı mənbələr arasındadır və 35 yaşa qədər ehtiyat rolunu oynaya bilər. Başqa sözlə, 35 yaşına qədər bu qidalar gələcəkdə yarana biləcək sümük əriməsinin qarşısını ala bilər, bu yaşdan sonra qəbul edilən qidalar kalsium ehtiyatını artırmasa da stabilliyə təsir edir.

Araşdırmalara görə, duzdan çox istifadə edən insanlarda sümüklərin sınma ehtimalı 4 qat daha yüksəkdir. Odur ki, duzun miqdarı nəzərə alınmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});