Gecə saatlarında məsciddə mollanı tapmayan sərxoş oranı yandırdı


Dünya 10 Noy 2019 18:59:00 361 0

Gecə saatlarında məsciddə mollanı tapmayan sərxoş oranı yandırdı

Başqırdıstanda məscidi yandırmaqda şübhəli bilinən kişi saxlanılıb. Hadisə noyabrın 3-dən 4-nə keçən gecə baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, 39 yaşlı kişi gecə saatlarında məscidə girərək molla axtarırmış.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan kişi günahını boynuna alıb. Onun sözlərinə görə, həmin gecə sərxoş imiş.

Başqırdıstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir:

"Kişi məscidin yanından keçərkən qapılarının açıq olduğunu görür. Yarımqaranlıq məkanda din xadimini axtaran kişi kibrit yandırır. Lakin heç kimi tapa bilmədiyi üçün kibriti yerə ataraq oranı tərk edir".