ABŞ Şimali Koreyadan təkidlə xahiş edir ki...


Dünya 10 Noy 2019 15:04:00 274 0

ABŞ Şimali Koreyadan təkidlə xahiş edir ki...

Cənubi Koreya və Şimali Koreya arasında münasibətlər pisləşib

"Reuters" agentliyinin Seuldan verdiyi xəbərdə deyilir ki, Birləşmiş Ştatlar Şimali Koreyanın ikitərəfli danışıqlara qayıtmasını istəyir, bu məqsədlə də qarşı tərəfi danışıqları davam etdirməyin vacibliyinə inandırmağa çalışır. "Amerika Şimali Koreyadan təkidlə xahiş edir ki, danışıqlara qayıtsın", - Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Chung Eui-Yong bazar günü ABŞ-Şimali Koreya danışıqlarının son durumunu şərh edərkən belə deyib.

Son.az musavat.com-a istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çen In bu ilin aprel ayında ABŞ-a danışıqlarda çeviklik göstərmək üçün bir il vaxt verib və Şimali Koreya rəsmiləri ABŞ-a xəbərdarlıq edib ki, bu müddət başa çatdıqdan sonra danışıqlara yenidən başlamaqdan söhbət belə gedə bilməz.

Şimali Koreyanın yüksək səviyyəli bir diplomatı isə Pxenyanın ilin sonuna qədər Vaşinqtondan qarşılıqlı addımlar gözlədiyini söyləmişdi. ABŞ-Şimali Koreya nüvə müzakirələri nəticəsiz sona çatdıqdan sonra oktyabr ayında işçi səviyyəli danışıqlar qrupu yaradıldı.

"Yalnız yüksək səviyyəli rəsmilər arasında danışıqlar baş verərsə və ciddi irəliləyişə nail olunarsa, Şimali Koreya ilə ABŞ arasında üçüncü zirvə görüşü keçirilə bilər", - Chung Eui-Yong onu da vurğulayıb ki, Cənubu Koreya Şimali Koreya ilə ABŞ-ın mövqelərini yaxınlaşdırmağa çalışır.