“VAZ21011” ilə traktor toqquşdu:


Digərləri 10 Noy 2019 11:56:00 297 0

“VAZ21011” ilə traktor toqquşdu:

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.