Dünyanın ən bahalı saatı hərracda satıldı


Digərləri 10 Noy 2019 11:01:00 277 0

Dünyanın ən bahalı saatı hərracda satıldı

İsveçrənin "Petek Philippe" şirkətinin istehsalı olan saat Cenevrədə "Only Watch" hərracında rekord məbləğə - təxminən 2 milyard dollara satılıb.

Son.az bildirir ki, "Qafqazinfo"nun "REN TV"yə istinadən məlumatına görə, poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

"Professional Watches" portalı qeyd edir ki, "The Grandmaster Chime Reference 6300A-010" modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  

(adsgarden = window.adsgarden || []).push({});