Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır
Dünya 10 Noy 2019 01:30:00 281 0
Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: "Səhər saat 7 radələrində Belarus Dəmir Yollarının Mogilev şöbəsinin elektron poçtuna Minskdəki Zamok, Dana Mall, Galileo ticarət mərkəzlərində, həmçinin Mərkəzi Dəmiryol Vağzalında təhlükə olması barədə məlumat gəlib.
İstehkamçı-pirotexnik qruplar göstərilən obyektlərdə yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədi ilə polis təxliyə tədbirlərihəyata keçirir".
Mənbə: milli.az