Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır


Digərləri 10 Noy 2019 01:04:51 305 0

Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır

Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur

Bakı. Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir: "Səhər saat 7 radələrində Belarus Dəmir Yollarının Mogilev şöbəsinin elektron poçtuna Minskdəki Zamok, Dana Mall, Galileo ticarət mərkəzlərində, həmçinin Mərkəzi Dəmiryol Vağzalında təhlükə olması barədə məlumat gəlib. İstehkamçı-pirotexnik qruplar göstərilən obyektlərdə yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədi ilə polis təxliyə tədbirlərihəyata keçirir". (adsgarden = window.adsgarden || []).push({}); Daxili İşlər Nazirliyi, həmçinin vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin