Günün qoroskopu: Doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun


Digərləri 10 Noy 2019 00:01:00 350 0

Günün qoroskopu: Doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -  Tələsik hadisələrin yaşanacağı gün olduğundan görmək istədiyiniz işlər arasında ən önəmlisini müəyyənləşdirin. Çoxlu söhbətlər olacaq. Gerçəkdən də, mühüm informasiya gələ bilər. Səhər saatları səfər üçün əlverişli deyil. Günün ikinci yarısı vəziyyət normallaşmağa başlayacaq, axşam saatları isə artıq ciddi işlərlə məşğul olmaq mümkündür. Şəxsi münasibətlərdə məqsəd və istəklər üst-üstə düşəndə hər şey alınacaq.

Buğa - İdeyalar və faydalı fikirlər çox olacaq, amma işin təşkil edilməsi, diqqətin cəmlənməsi ilə bağlı problemlər yaranacaq. Çox iş görməyə çalışmayın, həyatın adi ritmini və axarını saxlayın.  Yeni işə başlamaq fikriniz varsa, onun çox səy və qüvvə tələb edəcəyini bilin. Rəğbət hissinə bel bağlamayın, sözə inanmayın.

Əkizlər - Diqqət, təşəbbüs və çox çalışmağı tələb edən iş tapın. Mövqeyinizi nümayiş etdirmək və ya qorumaq niyyətiniz olacaq. Lakin bunu yalnız işinizin maraqlarını təmin etmək üçün etdiyinizə dəqiq əmin olandan, güclü arqumentlərə yiyələnəndən sonra edin. Şəxsi münasibətlərdə münaqişələr yarana bilər. Ailədə vəzifə və işlərin bölüşdürülməsi, hərəkət azadlığı ilə bağlı fikir ayrılığı istisna deyil. Səmimi olun, aqressiv davranmayın.

Xərçəng - Günü ailə üzvlərinizə və özünüzə həsr edin. Böyük dəyişikliklər olmayacaq və sizdən də əlahiddə səylər tələb edilməyəcək. Sakit və monoton çalışın, işlərinizdə qayda yaradın. Bu gün problemlər ciddi şəkildə hiss olunmasa da, sizi qane edəcək həll variantı tapılmayacaq. İzafi emosionallıq və hissiyyat sakitlik, hərəkət, diqqət və qayğı tələb edir. Ailə üzvlərinizin qayğıları ilə maraqlanın, onlara yardım edin, dinləyin. Emosional himayə ən gözəl yardımdır.

Şir - Hadisələrin axarına mane olmayın. Problemlər öz-özünə həllini, suallar da cavablarını tapacaq. Yeni perspektivlər yarana bilər. Münasibətlərdə ikili standartları və ya tərəfdaşınızın, iş yoldaşınızın sizi aldatmağa çalışdığını hiss edəcəksiniz. Qəti qərar verməyə tələsməyin. Yaxın ətrafınızdakı insanlar bu gün asan, dolayı yollar aramağa, gərginlik və işdən yayınmağa çalışacaqlar. Ən mühüm məsələ və problemlərin həllinə çalışın. Ailədəki bir işlə mühüm məşğul olmaq ehtiyacı yaranacaq. Heç nəyi köklü şəkildə dəyişməyin. Səylərinizi maddi baxımdan nəticə və ya formal sonucun əldə olunmasına yönəldin.

Qız - Günün ilk yarısında fəal olun, çətinliklərdən çəkinməyin. Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür.  Bol emosiyalar olacaq. Yaxın ətrafınızdakı insanlar və ailə üzvləri ilə münasibətləri dəyərləndirin, anlaşılmazlıq və fikir ayrılıqlarının yaranmasına münbit şərait yaratmayın. Yardıma ehtiyac duyan insana kömək edin.

(adsgarden = window.adsgarden || []).push({});