Ərdoğan və Putin Soçi memorandumuna bağlılıqlarını təsdiq ediblər


Dünya 09 Noy 2019 23:16:00 373 0

Ərdoğan və Putin Soçi memorandumuna bağlılıqlarını təsdiq ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər 22 oktyabr tarixli Soçi memorandumuna bağlı olduqlarını təsdiq ediblər.

Ölkə başçıları Suriyadakı vəziyyəti, ikitərəfli əlaqələrin inkişafını və Rusiya ilə Türkiyə arasında ticarətin artırılması addımlarını da müzakirə ediblər.