Trend Micro şirkətinin əməkdaşı müştərilərin fərdi məlumatlarını satırmış


Digərləri 09 Noy 2019 22:20:00 296 0

Trend Micro şirkətinin əməkdaşı müştərilərin fərdi məlumatlarını satırmış

Trend Micro şirkət daxilində baş vermiş xoşagəlməz insident nəticəsində müştərilərin fərdi məlumatlarının ələ keçirilməsi barədə xəbər yayıb.

Belə ki, şirkətin keçmiş əməkdaşı müştəri bazasını oğurlayaraq kibercinayətkarlara ötürüb.

Son.az ted.az-a istinadən bildirir ki, şirkətin nümayəndəsi təqribən 70 min istifadəçinin fərdi məlumatlarının oğurlandığını təsdiq edib. Onun sözlərinə görə, ümumi müştəri bazasının 1 %-i (12 milyon müştəri) kibercinayətkarların əlinə keçib.

Şitkətdaxili araşdırma nəticəsində məlum olub ki, sabiq əməkdaş müştərilərə iş üçün nəzərdə tutulan texniki dəstək bazasını ələ keçirib. Oğurlanan fərdi məlumatlar arasında elektron poçt, telefon nömrəsi, ad və soyad kimi məlumatlar da var.

(adsgarden = window.adsgarden || []).push({});