İri M modelləri elektrik ötürməsinə keçəcəkdirlər FOTO


Digərləri 09 Noy 2019 22:01:00 266 0

İri M modelləri elektrik ötürməsinə keçəcəkdirlər  FOTO

BMW M GmbH bölməsinin rəhbəri Markus Flaş CarAdvice nəşrinə verdiyi müsahibə zamanı daha bir məqama toxunub. Bölmənin rəhbəri əsas modellər sayılan M2, M3 və M4 modellərinin elektrikləşməsi məsələsinin gündəmdə olmadığını, lakin iri və ağır avtomobillərə gəldikdə isə elektrikləşmə prosesinin lavüd olduğunu bildirib.

Markus Flaş ilk növbədə X5 M krossoverini nəzərdə tutub və qeyd etmək lazımdır ki, bu modelin çəkisi 2,5 tona yaxındır. Eyni zamanda, bunu X6 M və bəlkə də gələcəkdə işıq üzü görəcək X7 M modelinə də şamil etmək olar. Hibrid güc qurğularına keçidin yanacaq qənaətinə gətirəcəyini bildirən Flaş, hibrid aqreqatlarına keçidin elektrikləşdirmə xatirinə edilməsini də qəbul etmədiyini söyləyib.

Son.az autograph.az-a istinadən bildirir ki, bölmə rəhbəri brendin mühafizəkar müştərilərin mənfi reaksiyasından çəkindiyini bildirib. Onun sözlərinə görə, belə müştərilər hibrid aqreqatlarına keçidin M modellərinin "xarizmatikliyinin itməri" kimi qəbul edə bilərlər. Digər tərəfdən, BMW M bölməsi ilk növbədə M modellərindən istifadə edən müştərilərinin arzu və istəklərini hesaba almalıdırlar. Eyni zamanda, Markus Flaş artıq hibrid qurğusu ilə təchiz edilmiş M modelini test etdiyini və sonunda bu modelin istehsala gedəcəyini bildirib.

(adsgarden = window.adsgarden || []).push({});