“Deserve” adlı startap 50 milyon dollar investisiya qazandı


Digərləri 09 Noy 2019 21:45:00 261 0

“Deserve” adlı startap 50 milyon dollar investisiya qazandı

Müəssisələr və gənclər üçün bulud əsaslı kredit kartı platforması olaraq xidmət edən Deserve adlı təşəbbüs, investisiya aldığını açıqlayıb. Goldman Sachs-ın başçılıq etdiyi C seriyalı investisiya turunda Deserve cəmi 50 milyon dollarlıq bir investisiya qazanıb.

Son.az techland.az-a istinadən bildirir ki, Goldman Sachsın rəhbərlik etdiyi investisiya turunda hal-hazırda Deserve-ün investoru olan Sallie Mae, Accel, Aspect Ventures, Pelion Venture Partners və Mission Holdings kimi aparıcı şirkətlər iştirak etdilər. Paylaşılan məlumata görə, investisiya Deserve'in "Card as a Service" (CaaS) platformasını inkişaf etdirmək üçün istifadə ediləcəkdir.

İndiyə qədər 100 mindən çox müştəri tərəfindən istifadə olunan Deserve, 2018-ci ildə də investisiya almışdı. Paylaşılan məlumatlara görə, hələ qazanclı şirkət olmayan Deserve, cəmi 100 milyon dollar sərmayəyə sahibdir.

(adsgarden = window.adsgarden || []).push({});