Dünyanın ilk 5G əlaqəli uzaqdan idarəli USM əməliyyatı


Digərləri 09 Noy 2019 20:55:00 343 0

Dünyanın ilk 5G əlaqəli uzaqdan idarəli USM əməliyyatı

Çində bir xəstəxana, 5G şəbəkə üzərindən dünyanın ilk uzaqdan əməliyyatı reallaşdırdı. USM əməliyyatı, xəstəxanadan 30 kilometr uzaqlıqdakı bir mərkəzdən idarə edildi.

Şanhay Syuyhuey Bölgəsi Mərkəzi Xəstəxanası, 5G şəbəkəsi üzərindən uzaqdan reallaşdırılan dünyanın ilk USM əməliyyatını tamamladı. Əməliyyat xəstəxananın əməliyyatxanasında reallaşdırılsa da, prosesə 30 km uzaqlıqdakı Şanhay Beynəlxalq Tibb Mərkəzindən (SIMC) nəzarət edildi.

Əməliyyatı bu ayın əvvəlindən edən Şanhay Syuyhuey Bölgəsi Mərkəzi Xəstəxanasında elm sahəsi başçısı Syu Yonqhua bu barədə belə deyib: "Keçmişdə, xəstələrin yanında olmaq məcburiyyətindəydim və əməliyyatları reallaşdırarkən verdikləri cavabları yaxından izləyirdim, ancaq bundan sonra problemsiz ünsiyyət təmin edən 5G-nin köməyiylə əməliyyatları xəstələrdən yüzlərlə kilometr uzaqda edə bilərəm".

(adsgarden = window.adsgarden || []).push({});