İnternet şəbəkədə Oppo Reno 3 smartfonunun bəzi xüsusiyyətləri açıqlanıb


Digərləri 09 Noy 2019 19:40:00 251 0

İnternet şəbəkədə Oppo Reno 3 smartfonunun bəzi xüsusiyyətləri açıqlanıb

Nüfuzlu hind şəbəkə xəbərçisi Mukul Şarma Oppo şirkətinin yeni smartfonu haqqında danışıb.

Son.az ted.az-a istinadən bildirir ki, Çin istehsalçısının növbəti modeli Oppo Reno 3 olacaq. Mənbənin məlumatına görə, bu apparat 6,5 düymlük AMOLED ekranı və beşinci nəsil şəbəkələri dəstəkləyən prosessor əldə edəcək.

Cihazda hansı çipin quraşdırılacağı hələ bilinmir.

Şarma Tvitter hesabında smartfonda 60, 8, 13 və 2 mp sensorları olan əsas kameranın quraşdıracağını yazıb. Ön tərəfdəki modul 32 Mp olacaq.

Cihazda 8 GB RAM, 128 və ya 256 GB ROM yerləşdiriləcək.

(adsgarden = window.adsgarden || []).push({});