Dünya ulduzlarının ən bahalı bəzək əşyaları


Digərləri 09 Noy 2019 16:06:00 283 0

Dünya ulduzlarının ən bahalı bəzək əşyaları

"People talk" dərgisi dünya ulduzlarının ən bahalı əşyaları ilə bağlı material hazırlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən materialda Keyt Middlton, Ledi Qaqa, Kim Kardaşyan, Melaniya Tramp, Peris Hilton, Keyt Blanşett, Enn Heteuey, Meraya Keri, Sofiya Verqara və Beyonsun taxdığı sərvət qiymətində olan bəzək əşyalarının fotosu və onlar haqda məlumat yer alıb.

Keyt Middlton

Dünyanın ən məşhur bəzək əşyalarından biri şahzadə Diananın ağ qızıldan hazırlanmış nişan üzüyüdür. Üzük indi Keyt Middltona məxsusdur. Ekspertlərin hesablamalarına görə, bəzək əşyasının qiyməti təxminən 28 min funt sterlinqdir.  

Ledi Qaqa

Ledi Qaqanın "Oskar-2019"a taxdığı bəzək əşyası nəinki bahalıdır, həm də artıq əfsanəvidir! Birincisi, "Tiffany&Co" boyunbağının qiyməti 30 milyon dollardır, ikincisi isə, onun inanılmaz tarixçəsi var. 1878-ci ildə Çarlz Lyuis Tiffani ("Tiffany&Co"nun təsisçisi) 287 karatlıq sarı brilyant alıb. 1961-ci ildə isə zərgər Jan-Mişel Şlümberje onu boyunbağının içərisinə yerləşdirib. Bəzək əşyasını sonuncu dəfə "Tiffanidə səhər yeməyi" filminin premyerasında Odri Hepbörn taxıb.  

Melaniya Tramp

Donald Tramp həyat yoldaşı üçün hədiyyə almaqda xəsislik etmir. Belə ki, evliliklərinin 10 illik yubileyində siyasətçi xanımına çəkisi 10 karatdan çox olan üzük hədiyyə edib. Bəzək əşyası ona 3 milyon dollara başa gəlib.

Peris Hilton

2018-ci ilin yanvarında Aspen dağ-xizək kurortunda maneken Kris Zilka sevgilisinə evlilik təklifi edib. Dizayner Maykl Qrin tərəfindən hazırlanan üzüyün çəkisi 20 karat olub. Təəssüf ki, toy baş tutmadı. Sosial şəbəkədə yayılan məlumata görə, bəzək əşyasının pulunu Hilton özü ödəyib.

Keyt Blanşett

(adsgarden = window.adsgarden || []).push({});