Millət vəkili sosial şəbəkədə təsirli paylaşım edib


Digərləri 09 Noy 2019 13:33:00 248 0

Millət vəkili sosial şəbəkədə təsirli paylaşım edib

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib

Bakı. Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib. Trend-in məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb: "Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb". (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin