Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib (VİDEO)


Digərləri 09 Noy 2019 13:08:37 274 0

Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib (VİDEO)

Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bakı. Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Trend-in məluamtına görə, bu barədə M.Çavuşoğlu öz rəsmi "Twitter" hesabında paylaşdığı videoda bildirib. Xarici İşlər naziri təbrikində deyib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.” Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin