Azərbaycanlı aktrisa ölən anasının


Şou-biznes 09 Noy 2019 12:54:00 329 0

Azərbaycanlı aktrisa ölən anasının

Aktrisa-aparıcı Könül Yusif qızının anası Məmmədova Suvaranın ölümündən 1 il keçib.

Son.az xəbər verir ki, aktrisa anası ilə çəkdirdiyi bir fotosunu sosial şəbəkə hesabından paylaşıb.

Könül anasız keçən bir il ilə bağlı paylaşımına "Mama, bu səninlə olan ən sevdiyim şəklimizdir. Keçən ilin bu günü elə bu saatlarda məni tərk edib, Allahın rəhmətinə qovuşdun. Arxam-dayağım idin. Sənin ölümünlə mən böyüdüm. Darıxıram sənsiz. Yerin behişt olsun. Allah cəmi ölən valideynlərimizə rəhmət eləsin" şərhini yazıb.

Bu da aktrisanın anasının FOTOsu: