Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək


Digərləri 09 Noy 2019 09:27:46 221 0

Bu gün Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

Bu gün Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçiriləcək. Trend-in məlumatına görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. "Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!" şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək. (adsgarden = window.adsgarden || []).push({}); Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin