Səfirlik: Rusiyada qəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir


Digərləri 09 Noy 2019 02:50:00 226 0

Səfirlik: Rusiyada qəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir

4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğramışdı

Bakı. Məlum olduğu kimi, cari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğramışdır. Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya xarici işlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılmışdır. Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar (siyahı əlavə olunur). Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilmiş və həkim nəzarətindədirlər. Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilmişdir. (adsgarden = window.adsgarden || []).push({}); Bildiririk ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi Səfirliyin diqqət mərkəzindədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin