Braziliyalı ekspert: Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır


Digərləri 08 Noy 2019 19:47:00 203 0

Braziliyalı ekspert: Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının nəticələri müsbət təəssürat oyadır

Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının son beş ildə əldə etdiyi nəticələr müsbət təəssürat oyadır

Bakı. Nərgiz Sadıxova və Cani Babayeva - Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının son beş ildə əldə etdiyi nəticələr müsbət təəssürat oyadır. Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının eksperti, braziliaylı Katya Lemos deyib. O bildirib ki, bu qədər qısa müddət ərzində bu cür təkmilləşən ikinci komanda tanımır: “Azərbaycan komandası hələ gəncdir, amma onun keçdiyi inkişaf yolu heyrətləndirir. Fikrimcə, aerobika gimnastikası üzrə gələcək turnirlərdə komanda daha yaxşı nəticələr əldə edəcək”.