“Məşğulluq” altsistemi istifadəyə verilib (FOTO)


Digərləri 08 Noy 2019 19:10:00 40 0

“Məşğulluq” altsistemi istifadəyə verilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir innovativ yenilik

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gündən əhalinin istifadəsinə verilən “Məşğulluq” altsistemi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bunu nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə bağlı keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlinin müavini Anar Əliyev bildirib. Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) də bu məqsədə xidmət edən bir addımdır. MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və bu baza da daim yenilənir. Beləliklə, MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir. Nazirlik yanında Dövlət Məşğuluq Xidmətinin rəisi Fuad Musayev MAS-ın üstünlükləri və məşğulluq xidmətlərinə gətirəcəyi yeniliklər barədə məlumat verib. Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatını edib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar. İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır.Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir. Tədbirdə KİV nümayəndələrinin sualları cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 08 Noy 19:09  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Noyabrın 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
“Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi Festivalı like
  • 08 Noy 19:04  
Kriminal “Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi Festivalı

9-10 noyabr Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, &quo

arrow Ətraflı
Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə like
  • 08 Noy 18:59  
Dünya Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə

Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatlar

arrow Ətraflı
ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib like
  • 08 Noy 18:58  
Digərləri ADU-da Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr Dövlət Bayrağı Günü m

arrow Ətraflı
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu like
  • 08 Noy 18:54  
Şou-biznes Azərbaycanlı müğənnilər metroda mahnı oxudu

İTV-də yayımlanan "Yeraltı" layihəsi maraqlı addım atıb.

arrow Ətraflı
Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub  FOTO like
  • 08 Noy 18:49  
Kriminal Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub FOTO

Bu gün Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Xar

arrow Ətraflı
"AccessBank" tender elan edir like
  • 08 Noy 18:47  
Digərləri "AccessBank" tender elan edir

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

arrow Ətraflı
Onlar da ayrıldılar like
  • 08 Noy 18:44  
Digərləri Onlar da ayrıldılar

"Arka sokaklar" serialı ilə məşhurlaşan Yüsra Geyik ilə aktyor

arrow Ətraflı
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından görün nə çıxdı like
  • 08 Noy 18:39  
Digərləri İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından görün nə çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə

arrow Ətraflı
Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub like
  • 08 Noy 18:38  
Digərləri Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub

Avtomobildən pul və maqnitofon oğurlayan Gəncə sakini tutulub

arrow Ətraflı
İki ay ərzində 100dən artıq şəxsə ovçuluq bileti verilib like
  • 08 Noy 18:34  
Digərləri İki ay ərzində 100dən artıq şəxsə ovçuluq bileti verilib

"İki ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artı

arrow Ətraflı
Tamblinq üzrə 17-ci Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib like
  • 08 Noy 18:30  
Digərləri Tamblinq üzrə 17-ci Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı Gimnastika Məktəbində tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi ba

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib like
  • 08 Noy 18:24  
Digərləri Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölk

arrow Ətraflı
O hadisə Azərbaycanda baş verib? like
  • 08 Noy 18:24  
Digərləri O hadisə Azərbaycanda baş verib?

Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın

arrow Ətraflı