Energetika naziri və nazir müavinləri Yevlax, Mingəçevir və Bərdə şəhərlərində vətəndaşlarla görüşəcək


Digərləri 08 Noy 2019 18:23:00 225 0

Energetika naziri və nazir müavinləri Yevlax, Mingəçevir və Bərdə şəhərlərində vətəndaşlarla görüşəcək

Noyabrın 22-də Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək.

Bakı. Noyabrın 22-də Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək. Trend-in məlumatına görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 172) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Bərdə şəhərində Bərdə və Tərtər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 11:00-da Bərdə rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 97) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlax filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.