BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək


Digərləri 08 Noy 2019 16:07:56 219 0

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Bakı. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək. Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.