Leyla Abdullayeva: Mnatsakanyan anlamalıdır ki, həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir


Digərləri 08 Noy 2019 15:36:00 36 0

Leyla Abdullayeva: Mnatsakanyan anlamalıdır ki, həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir

Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır

Bakı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva erməni xarici işlər naziri Z.Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. L.Abdullayeva bildirib ki, əslində, Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib: "Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini güya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin paramparça olduğunu, adlarının məcburi-köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox, əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Metroya yeni qatarın gətiriləcəyi tarix AÇIQLANDI like
  • 08 Noy 15:34  
Digərləri Metroya yeni qatarın gətiriləcəyi tarix AÇIQLANDI

"Bakı Metropoliteni" qarşıdakı 3 il ərzində 60 yeni vaqonun alı

arrow Ətraflı
14 mindən artıq vakant iş yeri var like
  • 08 Noy 15:29  
Digərləri 14 mindən artıq vakant iş yeri var

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında h

arrow Ətraflı
Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq like
  • 08 Noy 15:24  
Digərləri Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq

"Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən ə

arrow Ətraflı
Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO) like
  • 08 Noy 15:22  
Digərləri Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olu

arrow Ətraflı
Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək like
  • 08 Noy 15:14  
Digərləri Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni yaradıla

arrow Ətraflı
"AtaBank" Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü (FOTO) like
  • 08 Noy 15:10  
Digərləri "AtaBank" Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü (FOTO)

"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019

arrow Ətraflı
Bakıda iki mağaza satıcısı cərimələnib like
  • 08 Noy 15:09  
Digərləri Bakıda iki mağaza satıcısı cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkil

arrow Ətraflı
Mərkəzi Bank 150 milyon manat cəlb edir like
  • 08 Noy 15:07  
Digərləri Mərkəzi Bank 150 milyon manat cəlb edir

Noyabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin

arrow Ətraflı
Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış: like
  • 08 Noy 15:04  
Dünya Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış:

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsind

arrow Ətraflı
Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi like
  • 08 Noy 14:59  
Dünya Narkobaronun oğlunu həbs edən polis küçənin ortasında güllələndi

Meksikanın "El Çapo" ləqəbli narkobaronu Xoaquim Qusmanın oğlun

arrow Ətraflı
“Bu nə hörmətsizlikdir?" like
  • 08 Noy 14:54  
Digərləri “Bu nə hörmətsizlikdir?"

Türkiyənin pop ulduzu Hadisə həmkarı Murad Bozla aktrisa Aslı Enverin ayr

arrow Ətraflı
Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatları olub like
  • 08 Noy 14:52  
Digərləri Türkiyədə 2,6 mindən çox polisin iştirakı ilə antiterror əməliyyatları olub

Türkiyədə 2,6 mindən çox polisin iştirak etdiyi antiterror əməliyyatlar

arrow Ətraflı