14 mindən artıq vakant iş yeri var


Digərləri 08 Noy 2019 15:29:00 365 0

14 mindən artıq vakant iş yeri var

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 200 vakant iş yeri haqqında məlumat var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur:

"Hazırda bütün vakansiyaların elektron bazaya daxil edilməsi üçün iş aparılır. Həmçinin ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat olduğu barədə təhlillər edilir".